"Sumqayıt" ilk legioner transferini gerçəkləşdirib

12:19 4 İyul 2022

Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Stiven Pereyra ilə müqavilə imzalayıb.

Niderlandlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

O, karyerası ərzində “Zvolle”, “ÇSKA Sofiya”, “Santa Klara”, “Oliveyrense” klublarında oynayıb. 28 yaşlı müdafiəçin son klubu Cənubi Afrikanın “Martizburq” klubu olub. Pereyta Kabo-Verde millisinin üzvüdü. 


Xəbər xətti