AFFA "Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin etmədi

15:15 4 İyul 2022

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Zirə"nin apellyasiya şikayətini təmin etməyib.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin (İK) iyunun 3-də qəsəbə klubunun məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə bir oyun əlavə olunması və klubun 800 manat cərimələnməsi barədə qərarı qüvvədə saxlanılıb.

Belə ki, "Zirə"nin məşqçisi "Qarabağ"a penaltilər seriyasında uduzduqları ölkə kubokunun final matçında cəzalı olduğu halda meydana daxil olmuşdu. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmışdı. 


Digər xəbərlər

Xəbər xətti