"Qəbələ" günü bir məşqlə tamamladı

08:46 11 İyul 2022

2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin yeddinci gününü başa vurub. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.

 

Məşq meydançada gerçəkləşib. Futbolçular öncə fiziki təmrinləri icra edib, ardınca toplu çalışmaları yerinə yetiriblər.  


Digər xəbərlər

Xəbər xətti