"Qəbələ" Rumıniya klubuna qalib gəldi

19:00 12 İyul 2022

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən "Qəbələ" ikinci yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Çiksereda" klubu ilə qarşılaşıb. Oyun "Qəbələ"nin 2:1 hedsablı qələbəsiylə başa çatıb.

 

"Qırmızı-qaralar"ın heyətində Rövlan Muradov və Asif Məmmədov fərqlənib.

 

Qeyd edək ki, "Qəbələ" Türkiyədə keçirdiyi ilk hazırlıq görüşündə yerli "Qaziantep"ə 1:2 hesabı ilə məğlub olmuşdu. 


Xəbər xətti