Elmar Baxşıyev: "Komanda meydanda dominant oynamağa çalışırdı"

19:55 12 İyul 2022

“Qəbələ” Türkiyə toplanışındakı son yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubuna 2:1 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klubun saytına açıqlayıb: 

 

“Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı. Qarşıda 9 gün vaxtımız var. Bu müddətdə daha da yaxşı olacağıq. Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük”. 


Digər xəbərlər

Xəbər xətti