“Neftçi” “Qaziantep”lə heç-heçə etdi

19:07 14 İyul 2022

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv Türkiyə Superliqasının təmsilçisi "Qaziantep"lə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb. Qarşılaşma qolsuz başa çatıb. 

​Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "ağ-qaralar" digər matçda "Sivasspor"a uduzub - 0:1. 


Digər xəbərlər

Xəbər xətti