Yoxlama oyunu: "Səbail" "Dinamo"ya məğlub oldu

00:29 23 İyul 2022

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Səbail" bu ölkədə ilk yoxlama görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, Mahmud Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dinamo" ilə qarşılaşıb. Matç Tbilisi klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.

"Səbail" Bakıdakı toplanış çərçivəsində "Kəpəz"i 3:1 məğlub edib, "Sabah"a 1:3 uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti