Paulo Dibala İtaliyada rekorda imza atıb

15:34 23 İyul 2022

"Roma"nın yeni transferi Paulo Dibala İtaliyada rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçunun bir gün ərzində 535 min ədad forması satılıb. Bu, İtaliya üçün rekord göstəricidir.

 

Əvvəlki rekord Kriştiano Ronaldoya aid idi. Portuqaliyalı ulduz "Yuventus"a transfer olduğu zaman 24 saat ərzində 520 min ədəd forması satılmışdı.

 

Qeyd edək ki, "Yuventus"dan ayrılan Paulo Dibala "Roma" ilə 3 illik müqavilə imzalayıb. 


Digər xəbərlər

Xəbər xətti