"Sumqayıt" Türkiyə klubuna məğlub oldu

16:30 25 İyul 2022

2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" növbəti yoxlama matçında qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv Türkiyənin "Samsunspor" klubu ilə qarşılaşıb. Matç "kimyaçılar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

"Samsunspor"un heyətində Polat Yaldır və Fernando Boldrin fərqlənib.

 

Qeyd edək ki, "Sumqayıt" Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk hazırlıq görüşündə "Bandırmaspor"la 2:2 hesablı heç-heçə edib. 


Digər xəbərlər

Xəbər xətti