"Sabah" Kipr klubuna uduzdu

21:19 26 İyul 2022

Yeni mövsümün hazırlığını Bolqarsıtanda davam etdirən "Sabah" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Masazır təmsilçisi Kiprin "Akritas" (Xlorakas) klubu ilə üz-üzə gəlib və rəqibinə 3:2 hesabı ilə uduzub. 

 

Qeyd edək ki, "Sabah" Bolqarıstanda keçirdiyi ilk hazırlıq görüşündə İsrailin "Hapoel" (Hadera) klubuna 0:1 hesabı ilə məğlub olub. 


Xəbər xətti