“Tottenhem”in yetirməsi rəsmən “Turan Tovuz”da

16:48 2 Avqust 2022

"Turan Tovuz" heyətinə yeni futbolçu qatıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub hücumçu Natan Oduvanın keçidini tamamlayıb. 26 yaşlı forvard ilə 1 illik müqavilə bağlanıb.

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub. 


Digər xəbərlər

Xəbər xətti