“Qarabağ” italiyalı hücumçu gətirir?

23:15 4 Avqust 2022

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” italiyalı futbolçu Manuel Puççarelliyə təklif göndərib. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.
 
Xəbərdə bildirilir ki, Ağdam təmsilçisi ilə yanaşı, Rumıniyanın ÇFR (Kluj) klubu da 31 yaşlı hücumçunu transfer etmək istəyir.
 
Ötən ay Avstraliyanın “Melburn Siti” klubu ilə müqaviləsini pozan futbolçu hazırda azad agentdir.
 
“Empoli”nin yetirməsi olan Puççarelli İtaliyada “Qavorrano”, “Kyevo”, “Peskara” klublarında, Birləşmiş Ərəb Əmirliklərinin “Dibba Əl-Fucayra” komandasında forma geyinib. 


Digər xəbərlər

Xəbər xətti