Konyada İslam Həmrəyliyi Oyunları başladı

16:18 5 Avqust 2022

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları start götürüb. Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçiləri qoşulublar.
 
Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış ediblər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutub.
 
Artıq ilk medalçılar da bəlli olub. Qadınlar arasında trek velosipedi üzrə yarışda 10 km məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıb. Azərbaycan təmsilçilərindən Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko isə 13-cü olub.
 
İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir. 


Xəbər xətti