"Qalatasaray" Bakıya 23 futbolçu ilə gəlir - SİYAHI

22:58 25 Mart 2023

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyə "Qalatasaray"ının Bakıya gətirəcəyi heyət açıqlanıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçu yer alıb.

 

Bunların 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

 

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk
 

Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy
 

Yarımmüdafiəçilər: 6. Lukas Torreyra, 6. Fredrik Midtşö, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir, 59. Caner Doğan, 64. Xuan Mata
 

Hücumçular: 18. Bafetimbi Qomis, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi

 

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Digər xəbərlər

Xəbər xətti