Kilian Mbappe: “Ən çətin oyunlar qarşıdadır”

09:34 26 Mart 2023

Fransa milli komandasının hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun Niderlandla qarşılaşmasını (4:0) dəyərləndirib.

 

Sportarena.az TF1-ə istinadən xəbər verir ki, o, görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“Azarkeşlərimizi məyus etməmək üçün bütün həftə səylə hazırlaşdıq. DÇ-2022-dən sonra ilk dəfə evdə oynadıq. Qaldığımız yerdən davam etmək istəyirik. Bu, ilk uğurlu addımdır. Qrupda etməli olduğumuz çox iş var”.

 

PSJ-nin forvardı “Yığmanın kapitanı kimi ilk matç necə keçdi” sualını belə cavablandırıb:

“Yaxşı idi. Qol vuraraq komandama kömək edirəm. Bu oyunda da fərqlənə bildim. Bu, başlanğıc idi. Ən çətin oyunlar qarşıdadır”.


Digər xəbərlər

Xəbər xətti