Millimiz bosniyalılara uduzdu

10:58 26 Mart 2023

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Bosniya və Herseqovinada keçirən oyunda meydan sahibi komanda ilə qarşılaşıb.

 

Oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.

 

Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək


Xəbər xətti