"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

23:46 26 Mart 2023

Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek açıqlama verib.

 

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib:

"Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti