Azərbaycan Premyer Liqası: "Zirə" "Sabah"a uduzdu - YENİLƏNİB

20:54 12 Avqust 2022

Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

İlk oyun günündə 1 matç keçirilib. "Zirə" "Sabah"ı qəbul edib. Görüş "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Sabah” turnir cədvəlində ən azı bir günlük vahid lider olub.

Qeyd edək ki, turun digər qarşılaşmaları 13-14 avqust tarixində oynanılacaq.

12 avqust (cümə)

19:00. “Zirə” – “Sabah” - 1:3

Qollar: Abdulaye Ba, 5 (0:1), Coy-Lens Mikels, 26 (0:2), Sertan Taşkın, 34 (1:2), Namik Ələskərov, 48 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Dalğa Arena” 


Digər xəbərlər

Xəbər xətti