Türkiyə kubokunun 1/4 finalında “Beşiktaş” “Konyaspor”la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, “qara qartallar” evdə Konya təmsilçisini 2:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin heyətində qolları 32-ci dəqiqədə Cenk Tosun, 58-ci dəqiqədə isə Salih Uçan vurub.
Nəticədə “Beşiktaş” yarımfinala yüksəlib.