Ronaldo cəzalandırıldı

15:57 29 Fevral 2024

Səudiyyə Ərəbistanı çempionatının nizam-intizam komitəsi “Əl-Şəbab” azarkeşlərinə qarşı nalayiq jest edən “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonun cəzasını açıqlayıb.

Sportarena.az xəbər verir ki, Ronaldo bir oyunluq cəza alıb. Bu barədə "L'Equipe" məlumat yayıb.

Sözügedən hadisə çempionat oyunu zamanı baş verib. Azarkeşlər Messinin adını qışqırmağa başlayıblar. Bu isə Ronaldonun xoşuna gəlməyib. O, fanatlara nalayiq ifadəli hərəkətlə cavab verib. 


Digər xəbərlər

Xəbər xətti