Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanov UEFA tərəfindən cəzalandırılıb.
Sportarena.az xəbər verir ki, həm məşqçi, həm də futbolçu 1 oyunluq diskvalifikasiya ilə üzləşib. Ağdam təmsilçisinin üzvləri evdə "Bayer"lə qarşılaşmanı tribunadan izləyəcəklər.
Həmçinin sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzaya məruz qalub.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində doğma azarkeşlər qarşısında keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə 14 martda "Bay Arena"da baş tutacaq.