“Real” tarixində ilk dəfə...

12:15 7 Mart 2024

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Leypsiq”lə qarşılaşan “Real” 1:1 hesablı bərabərə qalıb.

Sportarena.az xəbər verir ki, İspaniya klubu ilk dəfə bu rəqiblə heç-heçə edib. Buna qədər komandalar 3 dəfə üz-üzə gəlmişdilər. Onun ikisində “Real” (2:0, 1:0), birində isə “Leypsiq” (3:2) qalib gəlmişdi.

Dünənki matçda məhsuldar ötürmə verən “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem isə bu komandanın heyətində ardıcıl 6-cı oyununda qolda yaxından iştirak edib. O, bu müddətdə 4 qol, 4 assistlə yadda qalıb. Bununla o, Artyom Dzyuba və Kilian Mbappenin rekordunu təkrarlayıb.

Qeyd edək ki, ilk matçda qələbə qazanan “Real” 1/4 finala adlayıb.   


Digər xəbərlər

Xəbər xətti