Serxio Ramos Messini keçdi

12:40 29 Yanvar 2024

“Sevilya”nın müdafiəçisi Serxio Ramos La Liqada ən çox oyun sayına görə sabiq “Barselona”lı Lionel Messini keçib.

Sportarena.az xəbər verir ki, 37 yaşlı futbolçu “Osasuna” ilə qarşılaşmada meydana çıxmaqla bunu reallaşdırıb. Bu, Ramosun İspaniya çempionatında 521-ci oyunu olub. O, bu göstəricidə Messini geridə qoyaraq, 8-ci yerə yüksəlib.

Ramos 2005-ci ildə ayrıldıqdan sonra ötən ilin yayında “Sevilya”ya qayıdıb. Müdafiəçi 16 il “Real”da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti