“Barsa"nın futbolçusuna Səudiyyə Ərəbistan klublarından təklif

15:10 29 Fevral 2024

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından bir neçə ciddi təklif alıb.

Sportarena.az xəbər verir ki, sözügedən ölkənin aparıcı klubları 35 yaşlı polşalı futbolçuya Barçada qazandığından xeyli çox pul ödəməyə hazırdır. Mənbə qeyd edir ki, “Barselona” rəhbərliyi Levandovskinin daha bir mövsüm komandada qalmasını istəyir. Lakin bu məsələdə hər şey futbolçudan asılı olacaq.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Bu mövsüm o, İspaniya çempionatında 24 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. 


Digər xəbərlər

Xəbər xətti