Lionel Messi Ronaldonun rekordunu təkrarladı

17:25 28 Sentyabr 2022

Argentina millisini kapitanı Lionel Messi ardıcıl 16-cı dəfə bir təqvim ilində 20 qol həddinə çatıb.

O, Yamaykaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə dubl etməklə buna nail olub.

Bununla da Messi bu il ümumi qol sayını 21-ə çatdırıb.

PSJ-nin hücumçusu 2007-ci ildən bəri ardıcıl olaraq hər il minimum 20 qol vurmağı bacarıb. O, bu göstəricidə portuqaliyalı Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. Ronaldo 2022-ci ildə hələlik 13 dəfə fərqlənib. 


Xəbər xətti