Hidayət Heydərov Azərbaycan cüdosunda rekorda imza atdı

21:50 8 Oktyabr 2022

Özbəkistanın paytaxtı Daşkənddə davam edən dünya çempionatında bürünc medal qazanan Hidayət Heydərov Azərbaycan cüdosunda rekorda imza atıb.

Sportarena.az xəbər verir ki, 25 yaşlı idmançı karyerasında üçüncü dəfə dünya çempionatında bürünc medal qazanmış olub.

Bununla o, ölkə cüdo tarixində dünya çempionatlarında ən çox sayda medal qazanan idmançı kimi tarixə keçib.

Heydərov daha əvvəl 2018 və 2019-cu illərdə bu uğuru əldə etmişdi.  


Digər xəbərlər

Xəbər xətti