Neymar qol vurdu, PSJ qalib gəldi - VİDEO

12:57 17 Oktyabr 2022

Fransa çempionatında 11-ci turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, lider PSJ doğma meydanda "Marsel"i qəbul edib. Qarşılaşma Paris təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 29-a yüksəldən PSJ liderliyini davam etdirir. 23 xal toplayan "Marsel" isə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

PSJ - "Marsel" 1:0

Qol: Neymar, 45+1 

 

 


Digər xəbərlər

Xəbər xətti