Şahmatçımız dünya çempionatında erməni rəqibini məğlub etdi

09:08 21 Oktyabr 2022

İtaliyanın Sardiniya adasında gənc qızlar arasında dünya çempionatı davam edir. Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 9-cu tur çərçivəsində Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
 
Ağ fiqurlarla oynayan 19 yaşlı qrossmeysterimiz 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Məryəm Beydullayeva ən yaxın rəqibini 1 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
 
Dünya çempionatındakı digər azərbaycanlı şahmatçı Ləman Hacıyeva isə qazaxıstanlı Assel Serikbay ilə heç-heçəyə razılaşıb. O, hazırda 6,5 xalla 6-cı pillədə yer alıb.
 
İsveçrə sistemi ilə keçirilən turnir 11 turdan ibarətdir. Yarışa 22 oktyabrda yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti