Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları məlum oldu

Sportarena.az      23 Oktyabr 2022 , 22:18
Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. 38 komandanın 146 boksçusunun iştirakı ilə təşkil edilən yarışın 6-cı günündə yarımfinal görüşləri baş tutub.
 
13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.
 
Çempionat oktyabrın 24-də başa çatacaq. 13 çəki dərəcəsi üzrə baş tutacaq final döyüşlərinə saat 15:00-da start veriləcək.
 
Azərbaycan çempionatı
Yarımfinal
 
48 kq
Həsənağa İbrahimli (“Səbail” İK) – Tural Sarıyev (“Neftçi” İK) – birinci boksçu diskvalifikasiya olunub
Həsən Məlikov (BFL) – Nicat Tağızadə (“Qızıl əlcək” İK) – 3:1
 
51 kq
Məsud Yusifzadə (BFL) – Tacəddin Məmmədov (DGK İK) – 5:0
Rüfət Hüseynov (“Neftçi” İK) – Nicat Hüseynov (UGİM-1) – 1:4
 
54 kq
Elşən Qəribov (Quba) – Namiq Yarəliyev (Qəbələ) – ikinci tam üstünlüklə qalib gəlib
Nihat Abdullayev (“Qızıl əlcək” İK) – Ruslan Qədirov (MOİK) – 1:4
 
57 kq
Ümid Rüstəmov (DİN İK) – Hüseyn Əliyev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
Maqsud Xasmetov (“Neftçi” İK) – Əzrək Bəbirov (BFL) – 2:3
 
60 kq
Tayfur Əliyev (Naxçıvan MR) – Eldəniz Baxşıyev (DGK İK) – 5:0
Şamil Əsgərov (“Neftçi” İK) – Ramiz Məmmədov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
 
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Ağacan Dərgahov (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib
Cəlal Qurbanov (“Səbail” İK) – Kənan Abışov (Sumqayıt) – birinci tam üstünlüklə qalib gəlib
 
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Fariz Süleymanov (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib
İlqar Salahov (DGK İK) – Şəmsi Şahbazov (MOİK) – 3:2
 
71 kq
Sərxan Əliyev (MOİK) – Nicat Qurbanov (Gəncə) – birinci tam üstünlüklə qalib gəlib
Rəşid Həsənov (BFL) – Niyaməddin Allahverdiyev (“Zabit” İK) – 5:0
 
75 kq
Mirşərif Kazımzadə (“Neftçi” İK) – İsmayıl Hüseynov (BFL) – 5:0
Səbuhi Abışov (MOİK) – Amin Kuşkov (DGK İK) – 0:5
 
80 kq
Orxan Aydəmirli (“Naxçıvan” İK) – Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK) – 0:5
Cəbrayıl Yelikov (DGK İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5
 
86 kq
Surət Qarayev (“Neftçi” İK) – İbrahim İsmayılov (Z-1) – ikinci döyüşməkdən imtina edib
Eldar Quliyev (“Neftçi” İK) – Tural Useynov (“Səbail” İK) – 5:0
 
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (Z-1) – 5:0
Alfonso Dominqes (METE) – Rəvan Əliyev (“Neftçi” İK) – 5:0
 
+92 kq
İsmayıl Yaqubov (“Səbail” İK) – İsa Sulxayev (Zaqatal) – ikinci döyüşə gəlməyib
Məhəmməd Abdullayev (BFL-DGK İK) – Xəqani Abdullayev (Z-1) – birinci tam üstünlüklə qalib gəlib
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin