U-17 millimiz Ukraynaya uduzdu

18:38 24 Oktyabr 2022

U-17 yığmamız AVRO-2024-ün seçmə mərhələsində ilk görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi kollektiv Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukrayan ilə üz-üzə gəlib.

Matç rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Hüseyn Hüseynov (77-ci dəqiqə), Murad Məmmədov (83-cü dəqiqə) fərqlənib.

Qrupun digər oyununda Bosniya və Herseqovina Lixtenşteyndən üstün olub (2:0).

Abdullayevin rəhbərlik etdiyi kollektiv növbəti matçını oktyabrın 27-də Lixtenşteynə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti