PSJ Messi ilə yeni müqavilə imzalamaq istəyir

10:59 25 Oktyabr 2022

PSJ  hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Paris təmsilçisi argentinalı futbolçuya 1+1 illik yeni müqavilə təklif edib. Müqavilənin maliyyə şərtləri də müzakirə olunur.

Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa  qədərdir. 

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında meydana çıxdığı 11 matçda 6 qol vurub və 9 qolun ötürməsini verib. 34 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsində isə 3 oyunda 2 qol vurub. 


Xəbər xətti