Rusiyalı məşhur futbolçu karyerasını başa vurub

19:10 27 Oktyabr 2022

Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

Rusiya ikinci liqasında "Znamya"da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Qeyd edək ki, 2003 - 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib. 


Xəbər xətti