Fransa çempionatı: PSJ doğma meydanda xal itirmədi

01:39 30 Oktyabr 2022

Fransa çempionatının XIII turunda "Pari Sen-Jermen" (PSJ) və "Trua" komandaları qarşılaşıb.

"Park de Prens" stadionunda keçirilən görüş PSJ-nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin arasında Karlos Soler, Lionel Messi, Neymar və Kilian Mbappe fərqlənib. Qonaqların qollarına Mama Balde (dubl) və Ante Palavers imza atıb.

Beləliklə, 13 matçdan sonra PSJ 35 xalla Birinci Liqanın turnir cədvəlinə başçılığını davam etdirir. “Trua” 13 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 6-da PSJ Fransa çempionatının XIV turu çərçivəsində "Loryan"la qarşılaşacaq. “Trua” noyabrın 4-də “Oser”lə üz-üzə gələcək.


Xəbər xətti