Dmitri Nazarovun komandası "Elversberq"lə heç-heçə etdi

02:44 30 Oktyabr 2022

Almaniya 3-cü liqasında 14-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” doğma meydanda "Elversberq"lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. 

Nazarov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 85-ci dəqiqədə hesab 1:1 olarkən meydana daxil olub. O, 88-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Erzebirge”  11 xalla (14 oyun) 20 komanda arasında sonuncu pillədə qərarlaşıb. Siyahıya 32 xalla (14 oyun) "Elversberq" başçılıq edir.


Xəbər xətti