Dmitri Nazarovun komandası yenə uduzdu

12:28 6 Noyabr 2022

Futbol üzrə Almaniya 3-cü liqasında 15-ci turun oyunları keçirilib. Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Köln “Viktoriya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Nazarov bu matçin iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə də daxil edilməyib.
 
“Ersgebirge” 15 turdan sonra 11 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti