Almaniya Bundesliqasında 13-cü tur yekunlaşdı

01:03 7 Noyabr 2022

Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Lider “Union Berlin” səfərdə “Bayer”ə 5 cavabsız qolla uduzub. Günün digər matçında isə “Frayburq” “Köln”ü 2 cavabsız qolla yenib.

13 turdan sonra “Bayern” 28 xalla vahid liderə çevrilib. İkinci pilləyə yüksələn “Frayburq”un 27, üçüncü sıraya geriləyən “Union Berlin”in isə 26 xalı var. Dortmund “Borussiya”sı 25 xalla 4-cüdür. 


Xəbər xətti