Türkiyə çempionatı: "Trabzonspor" xal itkisi ilə üzləşdi

10:49 12 Noyabr 2022

Türkiyə Super Liqasında 14-cü tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

“Alanyaspor” - “Adana Dəmirspor” matçında qapılara qol vurulmayıb. Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Trabzonspor” da xal itirib.

Türkiyə Super Liqası
14-cü tur

Alanyaspor – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 1:1
Qol: T.Cigerci, 74-pen – Bardi, 70. 


Xəbər xətti