Marselo "Beşiktaş"la anlaşa bilər

17:39 16 Noyabr 2022

Marselo Yunanıstanın "Olimpiakos" klubundan ayrılan bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb braziliyalı sol cinah müdafiəçisinin Pirey təmsilçisində forma şansı qazana bilməməsidir. "Olimpiakos"un heyətində 2 çempionat, 3 Avropa Liqssı matçında 121 dəqiqə şans qazanan 34 yaşlı oyunçu qışda Yunanıstanı tərk edəcək.

 

Marselo karyerasını Türkiyədə davam etdirə bilər. İspaniya mətbuatının yazdığına görə, futbolçunun xidmətində "Beşiktaş" maraqlıdır.

 

Qeyd edək ki, "Real"la müqaviləsi başa çatan Marselo "Olimpiakos"a yayda azad agent statusu ilə keçib. 


Digər xəbərlər

Xəbər xətti