İngiltərə klubu PSJ-nin forvardını transfer edə bilər

10:47 20 Noyabr 2022

Fransa millisinin və PSJ-nin forvardı Kilian Mbappe İngiltərəyə yollana bilər.

Sportarena.az "The Times"a istinadən xəbər verir ki, "Liverpul" gənc futbolçusunu transfer etmək niyyətindədir.

Mersisayd klubunun baş məşqçisi Yürgen Klopp fransalı forvardı komandasında görmək istəyir.

Luis Dias, Darvin Nunyes və Dioqu Jotanın zədələnməsi səbəbi ilə "Liverpul" hücum xəttini məhz Mbappe ilə gücləndirməyi planlaşdırır.

Transferin baş tutub-tutmayacağı dünya çempionatından sonra dəqiqləşəcək. 


Digər xəbərlər

Xəbər xətti