“Azarkeşlər qarşısında çox utanıram" - Laurentsiu Regekampf

23:48 2 Dekabr 2022

“Danışılası çox şey yoxdur. Matçdan əvvəl hazırladıqlarımızdan heç birini meydanda etmədik. Ürəklə oynamaq, mübarizə aparmaq və qaçmaq lazımdır. Nəticəyə görə üzülürəm. Bu klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Bizi “Zirə” ilə kubok qarşılaşmaları gözləyir. Çətin olacaq".

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

 

"Hansı oyunçu həftə ərzində özünü yaxşı tərəfdən göstərsə, matçda ona şans veririk. Öz oyunçularım haqqında danışmayacağam. Onlarla tez-tez söhbət edirik. Çatışmayan cəhətlər haqqında danışırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Məqam çatanda hər şey haqqında biləcəksiniz. Bizdə təcrübəli futbolçular var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti öz üzərilərinə götürməlidirlər. Bu günlərdə oyunçularla bu barədə danışacağam. Azarkeşlərin belə qarşılaşmadan sonra narazı olması normaldır. Təhqirlərlə barışa bilmərəm. Amma onlar haqlıdırlar", - 47 yaşlı mütəxəssis deyib.

 

Rumıniyalı məşqçi Azərbaycan Kubokunun 1/4 finalında "Zirə"yə qarşı oyunlar haqqında fikirlərini də bölüşüb: "Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Hamısı daxilən əziyyət çəkir. Bu, soyuq duş idi. "Zirə" ilə görüşdə tamam komanda görəcəksiniz"


Xəbər xətti