2022-də ən çox ofsayda düşən futbolçular bilinib

13:19 2 Yanvar 2023

Avropanın TOP-5 liqalarında 2022-ci ildə ən çox ofsayda düşən futbolçunun adı məlum olub.

 

Sportaren.az "Squawka"ya istinadən xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. 24 yaşlı forvard ötən il 38 dəfə oyundan kənar vəziyyətə düşüb.

 

İkinci "Atletik"dən İnyaki Uilyams, üçüncü isə "Udineze"dən Jerar Delafeudur. Hər iki futbolçunun oyununda 32 dəfə ofsayd qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti