“Roma” Zaniolonu cəzalandıra bilər

17:29 28 Yanvar 2023

“Roma” yarımmüdafiəçi Nikolo Zaniolonun qış transfer pəncərəsində “Bornmut”a keçməkdən imtina etməsinə görə narazı qalıb.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  bu səbəbdən, “canavarlar” 23 yaşlı oyunçunu cəzalandıra bilər.

 

Paytaxt təmsilçisi italiyalı futbolçunun Premyer Liqa klubuna keçidi üçün 35 milyon avro istəyirdi.

 

Zaniolo bu mövsüm “Roma”nın heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, futbolçu ilə "Milan" klubu da maraqlanır, oyunçu özü də bu keçidə müsbət yanaşır.


Digər xəbərlər

Xəbər xətti