"Union Berlin" xal itirdi, "Bayern" qalib gəldi

10:13 5 Mart 2023

Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

 

“Borussiya” (Mönhenqladbax) – “Frayburq” və “Union Berlin” – “Köln” matçlarında qapılara qol vurulmayıb. “Auqsburq” “Verder”i, “Maynts” isə “Hoffenhaym”ı məğlub yola salıb. “Bohum” da doğma meydanda “Şalke”yə 2 cavabsız qolla uduzub. Səfərdə “Ştutqart”la qarşılaşan “Bayern” isə turu qələbə ilə başa vuraraq yenidən zirvəyə qayıdıb.

 

Almaniya Bundesliqası

23-cü tur

4 mart

Auqsburq – Verder 2:1

Qol: Belyo, 6. Mayer, 46 – Staqe, 16.

 

Borussiya (Mönhenqladbax) – Frayburq 0:0

 

Bohum – Şalke 0:2

Qol: Riemann, 45-öz qapısına. Bulter, 79.

 

Maynts – Hoffenhaym 1:0

Qol: Barreyro, 33.

 

Union Berlin – Köln 0:0

 

Ştutqart – Bayern 1:2

Qol: Perea, 88 – De Liqt, 39. Şupo-Motinq, 62.


Xəbər xətti