“Bayer” qalib gəldi

23:28 5 Mart 2023

Almaniya Bundesliqasında 23-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

 

“Volfsburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Bayer” isə doğma meydanda “Herta”nı böyük hesabla məğlub edib.

 

Hazırda 49 xala malik “Bayern” və “Borussiya” (Dortmund) turnir cədvəlinə şərikli rəhbərlik edirlər. “Union Berlin” 44 xalla ilk üçlüyü qapayır. “Leypsiq” və “Frayburq”un 42, “Ayntraxt”ın 39 xalı var.

 

Almaniya Bundesliqası

23-cü tur

5 mart

Bayer – Herta 4:1

Qol: S.Azmun, 12. Frimponq, 21. Diabi, 60. Adli, 73 – Lukebakio, 67-pen.

 

Volfsburq – Ayntraxt 2:2

Qol: Marmuş, 10. Gerhardt, 43 – Muani, 22. Ndikka, 26.


Xəbər xətti