ÇL: "Bayern" PSJ-ni məğlub etdi, "Milan" - "Tottenhem" matçında qol səsi çıxmadı - YENİLƏNİB

01:47 9 Mart 2023

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
 

"Bayern" doğmam meydanda PSJ-ni qəbul edib. Münhen təmsilçisi hər iki oyunda rəqibini məğlub edərək (0:1 və 2:0) 1/4 finala yüksəlib.

 

"Milan" isə evdə məğlub etdiyi "Tottenhem"in qonağı olub. Matç qolsuz bərabərliklə bitib. Ümumi hesabda rəqibini üstəliyən "Milan" 1/4 finala yüksəlib.
 

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

Bayern (Almaniya) 2:0 PSJ (Fransa) (yekun)

İlk oyun - 1:0
 

Tottenhem (İngiltərə) 0:0 Milan (İtaliya) (yekun)

İlk oyun - 0:1


Xəbər xətti