"Hakimə görə uduzduq" - "Borussiya"nın futbolçuları

16:57 8 Mart 2023

"Borussiya" Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyununda "Çelsi"yə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra Dortmund təmsilçisinin futbolçuları Cud Bellingem və Emre Can açıqlama veriblər. Hər iki oyunçu hakim idarəçiliyindən narazılıqlarını bildirib.

 

Cud Bellingem: "Çelsi"nin penaltisinin niyə təkrarlandığını başa düşmədim. Bu haqda çox danışıb başıma bəla açmaq istəmirəm. Artıq qərar verildi və biz də bunu qəbul etmək məcburiyyətində qaldıq".

 

Emre Can: "Məğlub olmağa layiq deyildik, hakimə görə uduzduq. Hakim çox pis idi. Bizimlə danışıq tərzi də çox qeyri-etik idi".


Xəbər xətti