"Risk etdik ki, şansı əldən verməyək" - "Çelsi"nin futbolçusu

20:48 8 Mart 2023

"Çelsi"nin hücumçusu Rahim Sterlinq Çempionlar Liqasının 1/8 final mərhələsinin "Borussiya" (Dortmund) ilə cavab oyununda qazanılan qələbədən (2:0) sonra komandanın bəxtinin gətirmədiyini, lakin futbolçularının inamı sayəsində mərhələ adladıqlarını deyib.

 

Sportarena.az xəbər verir ki, UEFA-ya danışan ingilis Dortmund klubuna qarşı keçən matç haqda bunları bildirib:

"Oyun əla alındı. Biz uğur qazanmaq üçün daha da irəli getməyə məcbur idik. Risk etdik ki, bu şansı əldən verməyək. Son vaxtlar bəxtimiz gətirmirdi, amma bu dəfə komandanın bacaracağını hiss etdik.Çünki anlayırdıq ki, edə bilərik".


Digər xəbərlər

Xəbər xətti