ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

11:28 9 Mart 2023

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubundan Mark Kukurelya, Portuqaliya "Benfika"sından Rafa Silva, Almaniya "Bavariya"sından Tomas Müller və İtaliyanın "Milan" komandasından Fikayo Tomori iddia edir.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti