Makayın etdiyini o da etdi

15:28 9 Mart 2023

“Bayern” UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında PSJ-ni məğlub edib (2:0).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matç Bundesliqa təmsilçisinin hücumçusu Erik Şupo-Motinq üçün əlamətdar olub. O, qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda fərqlənib.

 

Nəticədə, kamerunlu forvard Almaniya klubunun keçmiş hücumçusu Roy Makayın nailiyyətini təkrarlayıb (2003/04 mövsümü).

 

İki oyunun nəticəsinə əsasən, Bundesliqa klubu Liqa 1 təmsilçisini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala adını yazdırıb.


Xəbər xətti