“Messi, Mbappe… Hamısı əla oyunçulardır, lakin…”

13:27 10 Mart 2023

“Bayern”in futbolçusu Camal Musiala UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə matçını (2:0) dəyərləndirib.

 

Sportarena.az “BT Sport”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisinin hücumçuları haqda danışıb:

“Biz gərgin futbol nümayiş etdirdik. İkinci hissəyə əla başladıq. Rəqib topa sahib ola bilmirdi. Messi, Mbappe… Hamısı əla oyunçulardır, lakin biz onlara nəzarət edirdik”.

 

İki oyunun nəticəsinə əsasən, Bundesliqa klubu Liqa 1 təmsilçisini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala adını yazdırıb.


Xəbər xətti